Press "Enter" to skip to content

“Mədəniyyətimizin incisi – Qarabağ” sərgisi

Bayraqdar.info  – 8 Noyabr – Zəfər Günü ilə əlaqədar 5 noyabr 2021-ci il – 31 yanvar 2022-ci il tarixlərində Azərbaycan Milli İncəsənət Muzeyində “Mədəniyyətimizin incisi – Qarabağ” sərgisi təşkil olunacaq.

Bu barədə noyabrın 3-də bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən xəbər verilib.

“Sərgidə Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin fondlarından seçilmiş Qarabağın qədim tarixini, mədəniyyətini və incəsənətini özündə əks etdirən eksponatlar təqdim ediləcək. Həmçinin, Qarabağdan olan görkəmli sənət dühaları – Üzeyir Hacıbəylinin, Bülbülün və Niyazinin ev-muzeylərində onlara məxsus sənədlər, şəxsi əşyalar, hədiyyələr, fotolar, afişalar və digər qiymətli nümunələr də bu sərgidə əqdim olunacaq”, – deyə xəbərdə qeyd edilir.

Xəbərdə bildirilir ki, sərginin məqsədi Qarabağa aid sənət incilərini nümayiş etdirməkdir. Eyni zamanda, bölgədə və onun tacı olan Şuşa şəhərində mövcud abu-havanı, böyük sənətkarların yetişib boya-başa çatmasını şərtləndirən mühiti canlandırmaqdır.

Mission News Theme by Compete Themes.