Press "Enter" to skip to content

“Sözləri Nizaminindir”

Milli Kitabxana

Son yeniləmə: 23 Noyabr 2021 20:08

Bayraqdar.info – Noyabrın 23-də Milli Kitabxanada “Sözləri Nizaminindir” adlı ədəbi-bədii qiraət və musiqi kompozisiyası və kitabxananın hazırladığı eyniadlı disk albomunun təqdimatı keçirilib. Təqdimat Mədəniyyət Nazirliyi və Kitabxananın birgə təşkilatçılığı ilə baş tutub.

Məlumat bayraqdar.info-ya noyabrın 23-də Kitabxanadan verilib.

Tədbir 15-25 noyabr 2021-ci il tarixlərində Bakıda Nizami Gəncəvi Beynəlxalq Festivalı çərçivəsində baş tutub.

“Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq iştirakçıları salamlayıb. O, bildirib ki, bu günlərdə Azərbaycan xalqı, xaricdəki səfirliklərimiz Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı çoxsaylı tədbirlər həyata keçirir. Direktor qeyd edib ki, Festival çərçivəsində Milli Kitabxana dörd tədbir keçirib.”

K.Tahirov bildirib ki, təqdim olunan “Sözləri Nizaminindir” adlı CD disk albomu Mədəniyyət Nazirliyinin dəstəyi ilə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanıb. Direktor qeyd edib ki, disk albomu 4 hissədən – “İsgəndərnamə”; “Nizami Gəncəvinin sözlərinə yazılmış mahnı və romanslar”; “Fikrət Əmirov “Nizaminin xatirəsinə” simli simfoniya”; “Qara Qarayev “Yeddi gözəl” baleti”ndən ibarətdir. Həmçinin, disk albomunda N.Gəncəvi haqqında Azərbaycan və ingilis dillərində qısa məlumat verilib.

Üzeyir Hacıbəyovun Ev Muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov ilk öncə belə tədbirlərin təşkilinə görə Milli Kitabxana rəhbərliyinə öz təşəkkürünü bildirib.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova belə gözəl tərtibatlı albomun tərtibinə görə Milli Kitabxana rəhbərliyinə öz təşəkkürünü bildirib. O, qeyd edib ki, Musiqi Mədəniyyəti Dövlət Muzeyi olaraq biz də “Nizami Gəncəvi ili”ndə bir sıra tədbirlər – sərgilər, beynəlxalq onlayn konfrans və s. keçiriblər.

Tədbirin davamında Beynəlxalq müsabiqələr laureatı Svetlana Əhmədovanın müşayiəti ilə Əməkdar artist İlham Nəzərovun ifasında musiqi kompozisiyaları təqdim olunub.

Mission News Theme by Compete Themes.