Press "Enter" to skip to content

Aşıq Ələsgər yaradıcılığı TÜRKSOY-da

Aşıq Ələsgər TÜRKSOY-da

Son yeniləmə: 29 Noyabr 2021 13:49

Bayraqdar.info – Ankarada Azərbaycanın böyük el sənətkarı, saz və söz sərrafı Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş mərasim və “Aşıq Ələsgərin seçilmiş şeirləri” kitabının təqdimatı keçirilib.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Mərkəzi Qərargahında keçirilən tədbirin rəsmi hissəsində TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi Elxan Zeynalov və Mədəniyyət Nazirliyinin nümayəndəsi Nərmin İsmayılova çıxış ediblər.

TÜRKSOY-un həyata keçirdiyi layihələrdən bəhs edən baş katib D.Kaseinov bildirib ki, rəhbərlik etdiyi təşkilat hər zaman Azərbaycanın tarixi şəxsiyyətlərinin və onların yaradıcılığının təbliğinə diqqətlə yanaşıb. Aşıq Ələsgər həm görkəmli el sənətkarı, həm də ürəkləri oxşayan yüksəkkeyfiyyətli şəxsiyyət və insan kimi təbliği, onun yaradıcılıq nümunələrinin müxtəlif dillərə tərcüməsi və nəşri olduqca vacib bir məsələdir.

MM-in komitə sədri Q.Paşayeva Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun rəşadətli Qarabağ Qələbəsindən bəhs edib.

Türkiyədəki səfirliyin birinci katibi E.Zeynalov görkəmli simaların tanıdılması və təbliği, yaradıcı şəxslərin əsərlərinin nəşri və dünyada yayılmasının Azərbaycanda mühüm dövlət siyasəti olduğunu diqqətə çatdırıb.

Rəsmi çıxışlardan sonra “Ulu Göyçə” sənədli filmi göstərilib.

Sonra tədbir panel iclaslarla davam edib.

Mission News Theme by Compete Themes.