Press "Enter" to skip to content

FHN-dən hava xəbərdarlığı

Güclü külək

Son yeniləmə: 1 Dekabr 2021 18:33

Bayraqdar.info – Fövqəladə Hallar Nazirliyi (FHN) hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Nazirlikdən bayraqdar.info-ya bildirilib ki, hazırda güclü küləklə müşayiət olunan qeyri-sabit hava şəraiti dekabrın 2-si gündüzədək davam edəcək.

Bununla bağlı nazirlik əhaliyə müraciət edərək, hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb:

“Xüsusilə, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü külək zamanı yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir”.

Təhlükə zamanı 112-yə zəng edin!”, – deyə xəbərdarlıqda bildirilib.

Mission News Theme by Compete Themes.