Press "Enter" to skip to content

Məktəb inspektoru vəzifəsi üçün müraciətlər davam edir

Son yeniləmə: 1 Dekabr 2021 13:23

Bayraqdar.info – Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən elan edilən “Məktəb inspektoru” vəzifəsi üzrə vakansiyaya müraciətlərin qəbulu davam edir.

Bu barədə bayraqdar.info-ya dekabrın 1-də Təhsil Nazirliyindən xəbər verilib.

Xəbərdə bildirilir ki, müraciət etmək istəyən namizədlər öz CV-lərini bu keçid vasitəsilə göndərə bilərlər. Son müraciət tarixi 10 dekabr 2021-ci ildir.

Məqsəd “Məktəblərdə keyfiyyət inspeksiyası” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində inspeksiyaların həyata keçirilməsidir.

Ətraflı məlumatı müvafiq linkə daxil olaraq əldə edə bilərsiniz.

Mission News Theme by Compete Themes.