Press "Enter" to skip to content

Elçin Quliev helikopter qəzasında həlak olanların məzarında

Dövlət Sərhəd Xidməti

Son yeniləmə: 2 Dekabr 2021 17:43

Bayraqdar.info  – Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və qurumun digər vəzifəli şəxsləri DSX-nin hərbi helikopterinin qəzaya uğraması nəti­cəsində həlak olmuş hərbi qulluqçular polkovnik Füzuli Cavadovun və kapitan Xəyyam Əliyevin məzarlarını ziyarət edib. Onlar qəzada həlak olanların əziz xatirələrini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri qoyublar.

Bu barədə dekabrın 2-də DSX-dan məlumat verilib.

“Hər iki hərbi qulluqçu ailələrinin arzusu ilə müvafiq olaraq, Bakı şəhərinin Zirə və Əmircan qəsəbələrində dəfn ediliblər. Hərbi qulluqçuların ailələrinə baş çəkilib və başsağ­lığı verilib”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.