Press "Enter" to skip to content

Toxumsatanlar məlumatları vaxtında bəyan etsinlər

Toxum

Son yeniləmə: 2 Dekabr 2021 19:08

Bayraqdar.info – Toxum satışı barədə məlumatlar vaxtında bəyan edilməlidir.

Bunu bayraqdar.info-ya Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyindən bildiriblər. Xəbərdə deyilir ki, toxum istehsalçıları ilə onlayn görüş keçirilib. Görüşdə Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Mirzə Əliyev, Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Seymur Mövlayev, Aqrar Tədqiqatlar Mərkəzi (ATM), Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) nümayəndələri və toxumçuluqla məşğul olan fermerlər iştirak edib.

Xəbərdə bildirilir ki, AXA sədri M.Əliyev kənd təsərrüfatının strateji sahələrindən danışaraq toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının sertifikatlı toxuma olan tələbatından söz açıb. “Bol və keyfiyyətli məhsul istehsalının əsası sertifikatlı toxumdan başlayır”, deyən AXA sədri bu istiqamətdə zəruri tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Görüşdə toxumçu fermerlərin istehsal etdikləri toxumların sertifikatlaşdırılması, EKTİS-də qeydiyyatı və satılmış sertifikatlı toxumlar barədə məlumatların EKTİS-ə daxil edilməsi məsələləri müzakirə olunub.

Müzakirələrdə subsidiyaların vaxtında verilməsi üçün satılmış toxumlar üzrə məlumatlarının EKTİS-ə daxil edilməsinin zəruriliyi vurğulanıb.

Sonda bu formada görüşlərin davam etdiriləcəyi bildirilib, qaldırılan məsələlərin operativ həlli üçün tapşırıqlar verilib.

Mission News Theme by Compete Themes.