Press "Enter" to skip to content

Ceyhun Bayramov Teresa Ribeiro ilə görüşüb

Bayraqdar.info – Dekabrın 3-də xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in media azadlığı üzrə nümayəndəsi Teresa Ribeiro ilə görüşüb.

Bu barədə bayraqdar.info-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, nazir C.Bayramov, xanım Teresa Ribeiroya Azərbaycanda media azadlığı istiqamətində görülən işlər barəsində geniş məlumat verib.

Görüş zamanı, ATƏT-ə bütün üzv dövlətlər tərəfindən ATƏT Nizamnaməsi çərçivəsində öz öhdəliklərinin icrasının zəruriliyi barədə fikir mübadiləsi aparılıb.

Qarşı tərəfə bölgədəki cari təhlükəsizlik vəziyyəti haqqında məlumat verən C.Bayramov, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün atılmalı addımlar, ilk növbədə isə imzalanmış üçtərəfli bəyanatların tam icrası ilə bağlı məsələləri həmsöhbətinin diqqətinə çatdırıb.

Mission News Theme by Compete Themes.