Press "Enter" to skip to content

KKTC-də seçki həyəcanı başlayır

Son yeniləmə: 3 Dekabr 2021 17:11

Bayraqdar.info – Məlum olduğu kimi, gələn il yanvarın 23-də Kuzey Kıbrıs Türk Cümhuriyyətində növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq hazırkı parlamentdə təmsil olunan bütün partiyalar bu seçkilərə hazırlıqlara başlayıblar. Öz növbəsində KKTC-nin Yüksek Seçim Kurulu (YSK) seçkilərlə bağlı bəzi məsələlərə aydınlıq gətirib.

Hansı bölgədən neçə millət vəkili seçiləcək?

Verilən məlumatlara əsasən YSK şəhər və rayonlar üzrə seçiləcək millət vəkillərinin sayını açıqlayıb. Açıqlamada bildirilib ki, ölkə əhalisinin ümumi sayı 245 min 869 olan KKTC-nin parlamentinə ümumilikdə 50 millət vəkili seçiləcək. Əhalisinin sayına uyğun olaraq Lefkoşadan 16, Gazimağusadan 13, Girnedən 11, İskeledən 5, Güzelyurtdan 3 və Lefkedən 2 millət vəkili seçiləcək.

Dekabrın 17-si namizədlik üçün son müraciət tarixidir

Seçki təqviminə əsasən, dekabrın 14-ü çərşənbə axşamı siyasi partiyalar öz namizədlərini tam müəyyən etməlidirlər. Dekabrın 17-si isə ümumilikdə namizədlik üçün son müraciət tarixi olaraq müəyyən edilib.
Müraciətlərdən sonra 18 dekabr şənbə günü namizədlər YSK və dairə seşki komissiyaları tərəfindən müvəqqəti olaraq elan ediləcək.

Dekabrın 27-də kimlərin namizədliyinin rəsmən təsdiqləndiyi bəlli olacaq. Dekabrın 28-də isə rəsmən təbliğata başlanacaq.

UBP namizədlərini dekabrın 11-də təqdim edəcək

Qeyd edək ki, hakim Ulusal Bilrik Partiyası (UBP) noyabrın 24-dən etibarən namizədliklə bağlı prosedurlara başlayıb. UBP-nin baş katibi Oğuzhan Hasipoğlu mediaya açıqlamasında deyib ki, partiya daxilində müraciətlər üçün son tarix dekabrln 3-dür. Dekabrın 4-də isə namizədlərin sıralanması ilə bağlı püşkatma keçiriləcək.

Partiya son namizəd siyahısını dekabrın 11-də Lefkoşa Atatürk İdman Salonunda bəyan edəcək. Siyasi partiyalar qanununa uyğun olaraq namizədlərin 30 faizi qadınlar olacaq.

Ona da qeyd edək ki, artıq bəzi şəxslərin namizədliyi barədə mətbuatda məlumatlar verilib.

Bertan Zaroğlu bu dəfə də UBP-dən namizəd olacaq

CTP-də namizədlərin ilkin siyahısı dekabrın 4-də bəlli olacaq

Əsas müxalifət partiyası olan Cümhuriyyət Türk Partiyasında namizədlərin müəyyən edilməsi üçün son tarix dekabrın 4-nə təyin edilib. Noyabrın 30-da başlayan proses zamanı deputatlığa namizədlik iddiası olan partiya üzvləri mərkəzi qərargaha müracət ediblər. Bütün müracətlər dekabrın 6-da partiya məclisi tərəfindən dəyərləndiriləcək və müvafiq qərar qəbul ediləcək.

UBP kimi CTP də yekun siyahısını dekabrın 11-də ictimaiyyətə təqdim edəck.

HP də “11 dekabr” dedi

Parlamentdə təmsil olunan Halkın Partiyası (HP) da namizədliyə namizəd olmaq üçün son tarixi dekabrın 4-nə müəyyən edib.

Partiyanın baş katibi Gülşah Sanvər Manavoğlu deyib ki, yekun siyahı dekabrın 11-də bəlli olacaq. Partiyanın sürpriz namizıdlərlə ictimaiyyət qarşısına çıxacağı gözlənilir.

DP namizədlərini partiyadaxili seçki ilə müəyyən edəcək

Hazırda hökumət ortağı olan Demokrat Partiyasında (DP) isə namzidəliyə namizəd göstərilməsi prosesi dekabrın 1-də başa çatıb. Partiyanın Seçki Komissiyasının sədri Ozan Erenay mətbuata açıqlamasında deyib ki, dekabrın 4-də namizədlərin sıralanması üçün püşkatma mərasimi keçiriləcək. DP dekabrın 9-da partiya daxilində namizədlik seçkilərinə gedəcək.

TDP qadın namizədlərə üstünlük verəcək

Toplumçu Demokrat Partiyası (TDP) da namizədliyə namizədlərin müəyyən edilməsinə başlaıyıb. Verilən məlumatlara görə, TDP bu seçkilərə qadın namizədlərin çoxluğu şəraitində qatılmaq istəyir.

Son vaxtlar KKTC-də qadınların siyasətə daha çox maraq göstərməsi TDP-ni bu isitqamətdə daha fəal addım atmağa sövq edib.

KKTC-də Qadın Təşkilatları Şəbəkəsi qurulub

YDP namizədlərini dekabrın 12-də təqdim edəcək

Bundan öncəki hökumətin ortağı olan Yenidən Doğuş Partiyası (YDP) isə yekun namizədlərini dekabrın 12-də ictimaiyyətə təqdim edəcək. Partiyanın baş katibi Enver Öztürk mətbuata bildirib ki, artıq namizədliyə namizəd göstərilməsi prosesi başa çatıb. Müraciətlər YDP Mərkəz İdarə Heyəti tərəfindən qiymətləndiriləcək və yekun qərar qəbul olunacaq.

Mission News Theme by Compete Themes.