Press "Enter" to skip to content

Rusiyadan Ermənistan parlamentinin sədrinə sərt cavab

Moskva, Kreml

Bayraqdar.info – Xəbər verdiyimiz kimi, bir müddət öncə Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərlə söhbət zamanı Qarabağı Rusiyanın təhvil verdiyi haqqında fikir səsləndirmişdi. Bu isə istər-istəməz əlavə müzakirələrə səbəb olmuşdu.

Ermənistan parlamentinin sədrindən Rusiyaya ağır ittiham – VİDEO

Dekabrın 3-də bu iddia ilə bağlı Rusiya Xarici İşlər Nazirliyindən açıqlama verilib. Sputnik Armenia-nın adını açıqlamadığı şəxsə istinadla Rusiya XİN adından yaydığı xəbərdə bildirilir ki, Moskva A.Simonyanın bu əsassız iddiasına təəssüflənir.

Xəbərdən belə anlaşılır ki, A.Simonyanın bir dövlətin parlament sədri olduğu halda belə qeyri-ciddi fikir səsləndirməsi Rusiyanın diqqətindən yayınmayıb. “Gerçəkdə deyil, düşüncədə var olan bir şeyi şərh etmək çətindir”, – deyə XİN-dən bildiriblər.

Rusiya XİN verdiyi açıqlamada Ermənistanı “mərhələli həll planı”nı vaxtında düzgün dəyərləndirməməkdə qınayıb. Bildirilib ki, o plan işləsəydi indiki vəziyyət olmayacaqdı.

“Bəzi erməni siyasətçilərin Rusiyanı ona dəxli olmayan Dağlıq Qarabağı “təslim etməklə bağlı” əsassız “fikirləri” dərin təəssüf doğurur. Üstəlik mahiyyətcə onlar da bu əsassız düşüncələrə həmrəylik bildirir”, – deyə XİN-dən bəyan ediblər.

Mission News Theme by Compete Themes.