Press "Enter" to skip to content

Ərdəbil divarlarında etiraz şüarları yazıldı

Ərdəbil divarları

Bayraqdar.info – Ərdəbilli milli-mədəni fəallar İran hökumətinin və yerli rəsmilərin Güney Azərbaycana qarşı siyasətinə etiraz bildirmək üçün şəhər divarlarına şüarlar yazıb, qrafitlər çəkib.

“Azad İran” Telegram kanalı xəbər verir ki, şüarlarda məsul şəxslərin Azərbaycan xalqına qarşı düşmən münasibəti, Azərbaycan bölgələrinin inkişafına mane olmaları, ətraf mühitin məhv edilməsi, mədən və başqa sərvətlərin talanması, tarixi tikili və abidələrin dağılmasına laqeydliyi, türk dili və mədəniyyətinin boykot edilməsi və s. tənqid olunub.

“İranın dövlət qurumları panfarsların fikir kölələridir”, “Vali, bələdiyyə başçısı və cümə imamları Azərbaycanı məhv etmək üçün panfarslarla əl-ələ veriblər”, “Yerli məsul şəxslər Azərbaycana düşmən kəsilib” və “İran dövlətinin təyin etdiyi millət vəkilləri Azərbaycan şəhərlərinə bəla olub” məzmunlu yazılar Ərdəbil şəhərinin bir çox divarlarında yazılıb.

Mission News Theme by Compete Themes.