Press "Enter" to skip to content

“Mədəniyyət naminə sülh” forumunun iştirakçıları Şuşada -VİDEO

“Mədəniyyət naminə sülh”

Son yeniləmə: 3 Dekabr 2021 22:36

Bayraqdar.info – Xəbər verdiyimiz kimi, ADA Universitetində “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu (“Peace4Culture” Partners Forum) keçirilib.

BMT-nin Sivilizasiyalar Alyansı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İCESCO, ADA Universiteti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkil etdiyi tədbirdə dövlət rəsmiləri, bir sıra beynəlxalq təşkilatların və sülhün təşviqi üzrə ixtisaslaşmış institutların, diplomatik korpusun rəhbər şəxsləri və nümayəndələri iştirak edib.

Bu barədə bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən bildirilib ki, dekabrın 3-də forumun xarici qonaqları Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə yola düşüblər.

“Yalnız mədəniyyətin sülh üçün nə edə biləcəyini deyil, sülhün də mədəniyyət üçün nə edə biləcəyini düşünək” adlı birinci plenar sessiya Mədəniyyət Nazirliyinin Aparat rəhbəri, “Mədəniyyət naminə sülh” qlobal kampaniyası İşçi Qrupunun rəhbəri Vasif Eyvazzadənin moderatorluğu ilə gerçəkləşib.

” “Sülh Əlaqələndiriciləri” təşkilatının təsisçisi və baş icraçı direktoru Jan Kristof Basın moderatorluğu ilə keçən növbəti plenar sessiya “Sülhsevər cəmiyyətləri və beynəlxalq sülh sistemini dayanıqlı şəkildə necə gücləndirə bilərik?” olub. “Ələddin layihəsi”nin icraçı direktoru Abe Radkin moderatorluğu ilə baş tutan üçüncü sessiya “Sülh və təhlükəsizlik çağırışları: çoxtərəfli əməkdaşlığın qurulması” mövzularına həsr edilib.

“Panel sessiyaları yekunlaşdıqdan sonra forumda çıxış edən mədəniyyət naziri Anar Kərimov iştirakçılara təşəkkürünü bildirib. Bir sıra beynəlxalq təşkilatın dəstəklədiyi “Mədəniyyət naminə sülh” təşəbbüsü ilə bağlı təqdimatda 20-dən çox məruzənin dinlənildiyini diqqətə çatdırıb”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.