Press "Enter" to skip to content

Qırğızıstanda Manas Dastanı Günü qeyd edilir

Manas təsviri

Bayraqdar.info – Dekabrın 4-ü qardaş Qırğızıstanda Manas Dastanı Günü kimi qeyd edilir. Bu münasibətlə Prezident Sadır Caparov Qırğızsıtan xalqına təbrik müraciəti ünvanlayıb.

Xəbər bayraqdar.info-ya Qırğızıstan Prezidentinin Administrasiyasından daxil olub.

Prezident qeyd edib ki, 2021-ci ildə ölkənin tarixində ilk dəfə olaraq “Manas” Qırğız Dövlət Teatrı fəaliyyətə başlayıb. Bu teatrın əsas məqsədi “Manas” dastanının qorunması, təbliğatı və məşhurlaşdırılmasıdır.

S.Caparov bildirib ki, “Manas” dastanı əsasında geniş həcmli serialların, cizgi filmlərinin çəkilməsi vacibdir. O, eyni zamanda deyib ki, dastanın nəzm və nəsr variantlarını dərc etmək, onu dünyanın ən geniş yayılmış dillərinə çevirmək lazımdır.

Dövlət başçısı əlavə edib ki, “Manas” da “İliada” və “Odisseya”, “Ramayana” və “Mahabharata” kimi dünyanın iri elmi qurumlarının araşdırmalarında, həmçinin dünya universitetlərinin kitab rəflərində öz layiqli yerini tutmalıdır.

Əlavə edək ki, Manas Dastanı Günü 2015-ci il aprelin 27-də Qırğızıstan hökumətinin aldığı qərarla hər il dekabrın 4-də qeyd edilir.

Mission News Theme by Compete Themes.