Press "Enter" to skip to content

Türkiye! “Turkey”, “Turkei”, “Turquie” deyil

Türkiye!

Bayraqdar.info – Bundan sonra Türkiye dövlətinin qurumlarının xarici ölkələr və beynəlxalq təşkilatlarla yazışmalarında “Turkey”, “Turkei”, “Turquie” kimi ifadələrin yerinə “Türkiye” ifadəsi işlədiləcək.

Bununla bağlı Cümhurbaşqanı Recep Tayyip Erdoğan tərəfindən imzalanan sənəd artıq “Resmi Gazete”də yayımlanıb.

Həmin sənədə əsasən Türkiyənin ixrac məhsulları üçün “Made in Turkey” deyil, “Made in Türkiye” ifadəsi istifadə olunacaq.

Cümhurbaşqanının imzaladığı sənəddə bunun səbəbi də verilir: “Türkiyə Cümhuriyyəti Dövləti minlərlə illik dövlətçilik ənənəsinin işiğında qədim türk millətinə yaraşan əsaslı və dəyərli fəaliyyətlər həyata keçirərək millətimizin mədəniyyət və dəyərlərini mühafizə etməyi, yüksəltməyi təməl prinsiplərindən biri olaraq qəbul edib. Ölkə daxilində və xaricdə bu anlamla həyata keçirilən işlərdə türk millətinin köklü tarixindən gələn dəyərlərinə əsaslanaraq “Türkiye” markası daxildə və beynəlxalq arenada ölkəmizin baş markası olaraq qəbul edilmişdir”.

Qardaş ölkənin bu qərarına həssaslıq göstərərək biz də bayraqdar.info olaraq bu gündən başlayaraq dövlətin adını Türkiye olaraq yazırıq.

Mission News Theme by Compete Themes.