Press "Enter" to skip to content

Çağdaş Azərbaycan tarixindən bəhs edən kitab Ankarada

Təqdimatdan görüntü

Bayraqdar.info – Qarabağ qazisi və görmə əngəlli yazar Zaur Bayramoğlunun qələmə aldığı, Azərbaycan tarixini hekayətlərlə anladan “Adını sən qoy” (“Adını Sen Koy”) adlı kitab Ankarada təqdim edilib. Kitabın təqdimatı Türkiye Yazarlar Birliyi Ankara şöbəsində İbrahim Eryiğitin moderatorluğu ilə gerçəkləşdirilib.

Kitabın üz qabığı

Gerçek Tarih-dən bayraqdar.info-ya verilən bilgiyə görə, Z.Bayramoğlu Azərbaycanda xüsusi təyinatlı kimi Vətən borcunu yerinə yetirərkən 2001-ci ildə minaya düşüb. Nəticədə o, gözlərindən və barmaqlarından ciddi zədə alıb. Uzun bir müalicədən sonra həyata daha sıx bağlanaraq bədii yaradıcılıqla məşğul olmağa başlayıb.

Z.Bayramoğlu sözü gedən tanıtım zamanı “Adını sən qoy” adlı kitabından bəzi bölmələri toplantı iştirakçıları ilə paylaşıb, kitabının Türkiyedə nəşrindən məmnun olduğunu ifadə edib: “Bu kitabımın Türkiye türkcəsinə çevrilməsi mənim üçün yeni üfüqlər açıb. Kitabın məzmunundakı müxtəlif hekayətlər vasitəsilə qardaş xalqımıza ayrı düşdüyümüz 100 il boyunca Azərbaycan xalqının başına gələn olayları çatdırırıq. Burada rus əsarətini və onun nəticəsində başımıza gələnləri, eyni zamanda Türkiyedə çox da bilinməyən 1948-53-cü illərdə Azərbaycan türklərinin Batı Azərbaycandan sürgün edilməsindən 20 Yanvar soyqırımına qədər hər şey yer alıb. Son 30 ildə baş verən və nəhayətdə zəfərlə sonuclanan işğalçı Ermənistana qarşı Qarabağ savaşı haqqında tarixi məlumatları da təqdim etməyə çalışmışam. Bunlarla bərabər müasir həyat tərzimizin və ən əsas da bildirdiyim üzrə necə bir həyat sürdüyümüzün qardaş ölkəmizdə daha yaxından bilinməsini təmənna etməkdəyəm”.

Əlavə edək ki, kitabın redaktoru Mehmet Poyraz, türkcəyə uyğunlaşdıran isə Sona Rzayevadır. İ.Eryiğit kitabın məsləhətçisidir.

One Comment

  1. Liye Liye 7 Dekabr 2021 10:35

    Zaur Müəllim Əzminizə və iradənizə afərin!!! Yolunuz Açıq və Uğurlu olsun. İnşşalah necə başarılar diləyi ilə……. Təbriklərrrrr!!!

Comments are closed.

Mission News Theme by Compete Themes.