Press "Enter" to skip to content

Ehtiyat zabit hazırlığı kursunun buraxılışı – VİDEO

“Ehtiyat zabit hazırlığı kursu”

Bayraqdar.info – Dekabrın 6-da Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Ehtiyat zabit hazırlığı kursunu bitirmiş hərbi qulluqçuların buraxılış mərasimi keçirilib.

Xəbər bayraqdar.info-ya Müdafiə Nazirliyindən verilib.

“Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayəti ilə Dövlət Himni ifa olunub.

“Buraxılış mərasimində çıxış edənlər məzunları “leytenant” hərbi rütbəsinə layiq görülmələri münasibətilə təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb.

“Gənc zabitlər də, öz növbəsində, kurs müddətində qazandıqları bilikləri və praktiki vərdişləri xidmət yerlərində tətbiq edəcəklərinə, üzərilərinə düşən vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə söz veriblər”, – deyə xəbərdə bildirilir.

Kursu müvəffəqiyyətlə bitirən məzunlara sertifikatlar təqdim edilib.

Sonda gənc leytenantların tribuna önündən təntənəli keçidi olub.

Mission News Theme by Compete Themes.