Press "Enter" to skip to content

“Nizami Gəncəvi – 880” akvarel vorkşopu

Nizami Gəncəvi-880

Son yeniləmə: 6 Dekabr 2021 13:13

Bayraqdar.info – Dekabrın 11-də “IWS Azerbaijan” və “IWS Khatai Art Center”in təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş akvarel vorkşopu keçiriləcək. Tədbirin dəstəkçiləri Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetidir.

Xəbər bayraqdar.info-ya dekabrın 6-da Mədəniyyət Nazirliyindən verilib.

Tədbirdə həmçinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Moda fakültəsinin tələbələrinin N.Gəncəvinin “Yeddi gözəl” əsərinə həsr edilmiş geyim nümunələri nümayiş ediləcək. Vorkşopda iştirak edən rəssamlar isə istəklərinə görə bu əl işi olan geyim əsərlərini nümayiş etdirən modelləri naturadan çəkə biləcəklər.

“Vorkşopda 18 yaşından yuxarı rəssamlar iştirak edə bilərlər. Qeydiyyatdan keçmiş rəssamlar özləri ilə boya, kağız və fırçalarını gətirməlidirlər. Molbertlər qalereya tərəfindən təqdim ediləcək.

“Vorkşopda məqsəd akvarel sənətinin ölkədə yayılması və inkişaf etməsidir. Akvarel vorkşopu rəssamların yaradıcı ünsiyyəti, təcrübə, bilik mübadiləsi, texnika incəliklərini bir-biri ilə bölüşmələri məqsədilə keçirilir. Həmçinin, hər kəs rəssamların iş prosesini seyr edə bilər, suallar verərək texnika ilə tanış ola bilər.

“Ümumiyyətlə, vorkşop hər hansı sənətdə praktiki vərdişlərlə bölüşmək məqsədilə iş prosesini geniş auditoriya üçün nümayiş etdirmək deməkdir”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.