Press "Enter" to skip to content

Otuz altı min şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

Son yeniləmə: 6 Dekabr 2021 17:58

Bayraqdar.info – Özünüməşğulluq proqramı çərçivəsində 4 ildə 36 min şəxsə aktivlər verilməklə onlar üçün kiçik təsərrüfatlar yaradılıb.

Bu barədə bayraqdar.info-ya dekabrın 6-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi proqram çərçivəsində 2018-2021-ci illərdə öz kiçik biznes sahələrini qurmaq üçün proqrama cəlb olunanların sayı ildən-ilə dəfələrlə genişlənib.

Bunun göstəricisi kimi, özünüməşğulluq proqramına 2021-ci ildə 16 min şəxsin cəlb edilməsi nəzərdə tutulub ki, bu da proqramın icrasına başlandığı 2017-ci il ilə müqayisədə 15 dəfə çoxdur.

Proqramın icrası zamanı aztəminatlı ailələrə, şəhid ailələri və müharibə iştirakçılarına, əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara və digər həssas qruplara üstünlük verilir.

Son illərdə özünüməşğulluqproqramının əhatə etdiyi kənd təsərrüfatı və istehsal-xidmət yönümlü iqtisadi fəaliyyət növləri sırası da genişləndirilərək 44-ə çatdırlıb.

Mission News Theme by Compete Themes.