Press "Enter" to skip to content

Alban Alyansı Şimali Makedoniya hökumətini xilas etdi

Son yeniləmə: 7 Dekabr 2021 02:39

Bayraqdar.info – Şimali Makedoniyada etimadsızlıq səsverməsindən bir səslə qalib ayrılan SDSM hökuməti Alban Alyansı ilə koalisiyaya razılaşıb.

Bu barədə Balkan News saytı məlumat yayıb.

Məlumatda deyilir ki, Şimali Makedoniyada hakim partiya olan Makedoniya Sosial Demokrat İttifaqının (SDSM) yerli seçkilərdə məğlub olmasından sonra başlayan siyasi qeyri-sabitlik Albaniya Alyansı ilə əldə olunan koalisiya razılaşması nəticəsində aradan qaldırılır.

Alban Alyansının baş nazir Zoran Zaevin rəhbərlik etdiyi koalisiyaya qoşulması ilə 120 yerlik parlamentdə müxalifət deputatlarının sayı 56-ya enir.

Razılaşmaya əsasən, Alban Alyansı Şimali Makedoniya hökumətində üç nazirliyi alacaq. Bildirilir ki, alban deputatlar koalisiyaya daxil olarkən elektrik enerjisinin qiymətlərini artırmamaq və albanların “haqsız yerə ittiham olunduğu” bir insidentlə bağlı beynəlxalq araşdırmaya başlamaq kimi şərtlər irəli sürüblər.

Mission News Theme by Compete Themes.