Press "Enter" to skip to content

Rusiya Milli Abilimpiya Mərkəzinin heyəti Azərbaycanda

İqor Qribanov

Son yeniləmə: 7 Dekabr 2021 21:28

Bayraqdar.info – Dekabrın 7-də təhsil nazirinin müavini İdris İsayev Azərbaycanda səfərdə olan Rusiya Milli Abilimpiya Mərkəzinin nümayəndə heyətini qəbul edib.

Təhsil Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, görüş zamanı nazir müavini ölkədə əlilliyi olan şəxslərin keyfiyyətli təhsilə çıxışının təmin olunması istiqamətində görülən işlər haqqında qonaqlara məlumat verib.

“Eyni zamanda qeyd olunub ki, ölkənin müxtəlif peşə sahələrində xeyli sayda istedadlı əlilliyi olan şəxslər fəaliyyət göstərir. Nazir müavini Abilimpiya hərəkatını əlilliyi olan şəxslərin peşə bacarıqlarının inkişaf etdirilməsində, peşəkar mütəxəssislərin formalaşmasında, təcrübə mübadiləsinin aparılmasında mühüm rol oynadığını qeyd edib.

“Rusiya Federasiyası Milli Abilimpiya Mərkəzinin rəhbəri İqor Qribanov Abilimpiya hərəkatının tarixçəsi və bu çərçivədə Rusiya Federasiyası ərazisində həyata keçirilən tədbirlər haqqında məlumat verib”, – deyə xəbərdə qeyd edilib.

Mission News Theme by Compete Themes.