Press "Enter" to skip to content

Şagirdlərə medallar verildi

Şagirdlərə medallar verildi

Son yeniləmə: 7 Dekabr 2021 21:05

Bayraqdar.info – “Sabahın alimləri” 10-cu Respublika Müsabiqəsinin qaliblərinə finalçı medalları təqdim edilib.

Təhsil Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilib ki, təqdimetmə mərasimində Nazirliyin Aparat rəhbərinin müavini Yaqub Piriyev, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli iştirak edib.

“Mərasimdə Nazirliyin əməkdaşları şagirdləri qazandıqları müvəffəqiyyət münasibətilə təbrik edib və onlara yeni uğurlar arzulayıblar. Bildirilib ki, sözügedən müsabiqə mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq 10-17 fevral tarixlərində onlayn şəkildə keçirilib. Müsabiqə İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunub.

““Sabahin alimləri” 10-cu Respublika Müsabiqəsinin qalibləri sırasından seçilmiş 7 layihə ilə 10 şagird Azərbaycanı ABŞ-da keçirilən İSEF-Mühəndislik sərgisində 16-21 may tarixlərində onlayn təmsil edib. Şagirdlər müsabiqədə müvəffəqiyyətlə iştirak edərək münsiflər tərəfindən yüksək qiymətləndirilib və finalçı medallarına layiq görülüblər.

“Mərasimin sonunda medallar təqdim edilib, xatirə şəkili çəkdirilib”, – deyə xəbərdə qeyd edilib.

Mission News Theme by Compete Themes.