Press "Enter" to skip to content

Baş Qərargah rəisi Ali Hərbi Məktəbin şəxsi heyəti ilə – VİDEO

Baş Qərargah rəisi Ali Hərbi Məktəbdə

Son yeniləmə: 8 Dekabr 2021 15:48

Bayraqdar.info – Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub.

Bu barədə dekabrın 8-də bayraqdar.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

“Əvvəlcə ümummilli lider Heydər Əliyevin məktəbin ərazisindəki abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılıb.

“Kursantların sosial-məişət şəraiti və təlim-tədris prosesi ilə maraqlanan Baş Qərargah rəisinə məruzə olunub ki, Hərbi Məktəbdə dərslər müasir metodlar tətbiq olunmaqla tədris olunur. Bildirilib ki, kursantların hərbi ixtisaslara və peşə bacarıqlarına yiyələnməsi məktəbin əsas fəaliyyət istiqamətlərindən biridir.
General-polkovnik K.Vəliyev sinif otaqlarında və təlim sahəsində kursantların nəzəri və praktiki biliklərinin artırılması üçün keçirilən dərs prosesinin gedişatını yoxlayıb. Sonra Hərbi Məktəbin klubunda məktəbin professor və müəllim heyəti ilə görüş keçirilib.

“Baş Qərargah rəisi kursant heyətinin qayğıları ilə maraqlandıqdan sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq tapşırıqlarını aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırıb.

“Sonda kursantlarla birgə nahar edilib”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.