Press "Enter" to skip to content

Elnur Əliyev Qətərdə görüşləri davam etdirir

Elnur Əliyevin Qətər görüşləri

Son yeniləmə: 8 Dekabr 2021 16:12

Bayraqdar.info – Qətər Dövlətində səfərdə olan Azərbaycan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Qətər Muzeylərinin Baş icraçı direktoru Əhməd Musa Əl-Nəmlə ilə görüşüb.

Mədəniyyət Nazirliyindən bayraqdar.info-ya bildirilib ki, görüşdə Azərbaycan və Qətər arasında mədəni əməkdaşlığın, o cümlədən muzey işi sahəsində əlaqələrin inkişaf istiqamətləri və perspektivləri müzakirə edilib.

“Nazirin birinci müavini E.Əliyev qloballaşan dünyada mədəni unikallığın qorunması və mühafizə edilməsinin əhəmiyyətindən danışıb. Ortaq mədəni dəyərlərin xalqları bir-birinə yaxınlaşdırdığını qeyd edərək, bu xüsusda mədəniyyətin körpü rolu oynadığını vurğulayıb.

“Qətər Muzeylərinin Baş icraçı direktoru Əhməd Musa Əl-Nəmlə Azərbaycan nümayəndə heyətinin Qətərə səfəri və keçirilmiş görüşlərin yüksək əhəmiyyətini vurğulayıb.

“Görüşdə Azərbaycanın Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov və səfirliyin nümayəndələri iştirak ediblər.

“Daha sonra Elnur Əliyev Qətər Milli Muzeyi ilə tanış olub”, – deyə xəbərdə qeyd edilib.

Mission News Theme by Compete Themes.