Press "Enter" to skip to content

Bakının mərkəzi küçələrində velosiped yolu

Velosiped yolu

Son yeniləmə: 9 Dekabr 2021 17:25

Bayraqdar.info – Şəhərin mərkəzi küçələri və Dənizkənarı Milli Parkı əhatə edəcək 7,5 km-lik pilot velosiped yolu layihəsi hazırlanıb.

Bu barədə bayraqdar.info-ya Bakı Nəqliyyat Agentliyindən xəbər verilib.

Xəbərdə deyilir ki, hazırda həmin layihə çərçivəsində Puşkin və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsi, Üzeyir Hacıbəyov küçəsi (Puşkin küçəsi ilə Azadlıq prospektinin aralığında qalan hissədə, yolun hər iki tərəfində) və digər mərkəzi küçələrdə velosiped yollarının salınması istiqamətində iş gedir.

Ümumi strateji plana əsasən, velosiped yollarının uzunluğunun paytaxt ərazisində 2027-ci ilədək 63,5 km, 2040-cı ilədək isə 251 km-ə qədər olacağı nəzərdə tutulur.

“Qeyd edək ki, hazırda nəqliyyat vasitələri arasında ekoloji cəhətdən zərərsiz olan, atmosferi çirkləndirməyən, səssiz işləyən və sağlamlığa böyük xeyri dəyən velosipedlər daha populyardır. İlk velosiped yolu 1896-cı ildə ABŞ-da Nyu-Yorkun Bruklin bölgəsində piyada yolunun bölünməsi ilə yaradılıb.

“Velosipedçinin rahat, təhlükəsiz, maneəsiz şəkildə və vaxta qənaət edərək hərəkətini təmin edən velosiped yollarının salınması insanları bu nəqliyyat növünə keçməyə təşviq etməklə yanaşı, şəhər mobilliyinin və əlçatan şəhər mühitinin formalaşmasında mühüm rol oynayır.

“Bakıda velosipeddən istifadənin artması ilə əlaqədar olaraq, 2019-cu ildən etibarən velosiped yollarının salınması işlərinə başlanılıb. 2021-ci ildə isə Bilgəh qəsəbəsində sosial xidmət göstərən müalicə və istirahət mərkəzlərini birləşdirən 2 km-lik velosiped yolu salınıb”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.