Press "Enter" to skip to content

Türk Dövlətləri Təşkilatının ağsaqqalı Türk Akademiyasında

Heyətlər arası görüş

Son yeniləmə: 9 Dekabr 2021 23:01

Bayraqdar.info – Dekabrın 9-da Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının Türkiyə tərəfindən üzvü Binali Yıldırım Nur-Sultanda Beynəlxalq Türk Akademiyasının qonağı olub.

Bu haqda xəbəri bayraqdar.info-ya BTA-dan veriblər.

Qardaş ölkədə iki günlük səfərdə olan qonağı BTA-da qurumun prezidenti Darxan Kıdırali və TDT Ağsaqqallar Şurasının Qazaxıstandan olan üzvü İkram Adırbekov qarşılayıb. B.Yıldırım və heyəti BTA-nın yeni binası, binadakı Türk Muzeyi və elmi nəşrlərlə tanış olub.

Bundan sonra tərəflər türk dünyasının inteqrasiyası, humanitar, elmi sahələrdəki iş birliyini müzakirə edib.

Görüşün sonunda D.Kıdırali ali qonağı BTA-nın qızıl medalıyla təltif edib.

Mission News Theme by Compete Themes.