Press "Enter" to skip to content

Az.TV-də ABŞ Prezidentinin “Demokratiya zirvəsi” – VİDEO

Müzakirədən görüntü

Bayraqdar.info – Dekabrın 10-da Az.TV-nin gündüz efirində ABŞ Prezidenti Co Baydenin dekabrın 9-10-da keçirdiyi onlayn “Demokratiya zirvəsi” müzakirə edilib.

Ətayə Ələmdarqızının təqdimatında canlı efirə gedən müzakirədə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Fuad Çıraqov və siyasi şəhrçi Azər Həsrət iştirak edib.

Suallar və cavablar C.Baydenin zirvəyə dəvət etdiyi ölkələr, eyni zamanda ümumiyyətlə ABŞ-da insan hüquqları və demokratiya məsələlərinə münasibət olub.

Qonaqlar qoyulan suallar ətrafında fikirlərini bildiriblər, məsələni təhlil ediblər.

Qeyd edilib ki, C.Baydenin müstəqil mövqeyi ilə seçilən dövlətlərin başçılarını bu zirvəyə dəvət etməməsi bir daha göstərir ki, ABŞ-ın əsl məqsədi, iddia edildiyi kimi, demokratiyaya töhfə vermək deyil, sadəcə görüntü yaratmaqdır.

 

Mission News Theme by Compete Themes.