Press "Enter" to skip to content

KKTC Cümhurbaşqanı Azərbaycan mediasıyla görüşdü – VİDEO

Onlayn görüşmədən görüntü

Son yeniləmə: 1 Yanvar 2022 18:12

Bayraqdar.info – Qardaş Kuzey Kıbrıs Türk Cümhuriyyəti Cümhurbaşqanı Ersin Tatar dekabrın 10-da onlayn formatda bir qrup Azərbaycan jurnalisti ilə görüşüb.

Kuzey Kıbrısın tarixi, çözümlə bağlı sürəc və hazırkı durumun da diqqətə alındığı görüşdə E.Tatar Azərbaycanlı jurnalistləri bilgiləndirib.

KKTC Cumhurbaşkanı Azərbaycanla əlaqələr məsələsinə də toxunub və bu qardaş ölkəyə səfər arzusunda olduğunu ifadə edib. O, eyni zamanda əlavə edib ki, KKTC türkləri Azərbaycanı yabançı bir ölkə kimi deyil, öz ölkələri kimi görür. Məhz buna görə də “44 günlük Qarabağ savaşı günlərində KKTC xalqı Azərbaycanla nəfəs aldı”, – deyə E.Tatar bildirib.

Ölkəsi haqqında da bilgi verən E.Tatar qeyd edib ki, KKTC-də 140-dan artıq ölkədən olan gənclər təhsil alır. Eyni zamanda 100-dən artıq ölkə KKTC ilə rəsmən iş birliyi içindədir.

Türkiyə Cümhurbaşqanının özəl müşaviri Aygün Attar da görüşdə iştirak və çıxış edib. O, E.Tatara təşəkkür və tam dəstək ifadə edərək bildirib ki, hər zaman KKTC ilə birlikdəyik.

Bayraqdar.info-nun baş resaktoru Azər Həsrət çıxış edərək deyib ki, bir Azərbaycan vətəndaşı olaraq KKTC-ni heç vaxt yad bir ölkə kimi görmədik. O, əlavə edib ki, KKTC-nin bütün məsələləri Azərbaycan xalqını da ilgiləndirir. A.Həsrət bildirib ki, çox qısa zamanda Türk Dövlətləri Təşkilatının KKTC-ni də öz sıralarına alması üçün çalışmaq lazımdır.

Digər çıxışçılar da fikirlərini paylaşıb, suallarla müraciət ediblər.

Görüşdə iştirak edən Real TV təmsilçisi Səbinə Heydərova çıxışında bildirib ki, təmsil etdiyi qurum tezliklə KKTC-də özünün təmsilçiliyini açacaq.

Görüşdə bayraqdar.info ilə bərabər lent.az (Ramiz Mikayıloğlu), Baku TV (Mərahim Nəsib), Trend (Rufiz Rəhimov), Real TV və Report (Mirmahmud Mahmudov) media qurumlarının təmsilçiləri iştirak edib. Görüşü KKTC Prezidentinin özəl müşaviri Hüseyin Işıksal idarə edib.

 

Mission News Theme by Compete Themes.