Press "Enter" to skip to content

İnsan hüquqlarının qorunması dövlətin xarakterini göstərir

Əliməmməd Nuriyev

Son yeniləmə: 11 Dekabr 2021 15:30

Bayraqdar.info – “Bundan sonra hər bir ölkədə insan hüquq və azadlıqlarının qorunması, müdafiə olunması dövlətlərin əsas işi oldu. Sonrakı müddət ərzində də insan hüquq və azadlıqlarının qorunması həmin dövlətlərin xarakterini müəyyənləşdirdi. Hansı dövlətdə insan haqları bu necə qorunur? Bu beynəlxalq konveensiyaya ayrı-ayrı dövlətlərə nə dərəcədə əməl edilir? Hər il mütəmadi olaraq bunun hesabatı aparılırdı”.

Bu sözləri Konstitusiya Araşdırmaları Fondunun (KAF) sədri Əliməmməd Nuriyev bayraqdar.info-ya 10 dekabr Ümumdünya İnsan Hüquqları günü ilə bağlı açıqlamasında bildirib.

Ə.Nuriyev bildirib ki, İkinci Dünya müharibəsindən sonra müharibədə qalib gələn dövlətlər tərəfindən dünyanın yeni təhlükəsizlik arxitekturası təsis olunmağa başladı. Birinci Birləşmiş Millətlər Təşkilatı təsis edildi. “Nəzərə alsaq ki, həmin müharibədə böyük insan tələfatı olmuşdu, eyni zamanda, insanların milli mənsubiyyətinə görə təqiblərə məruz qalırdılar, Holokost – yəhudilərin kütləvi şəkildə qırılması prosesi baş vermişdi. O baxımdan da BMT-nin insan hüquqları ilə bağlı bəyannaməsi qəbul edildi və 1948-ci ildən hər il dekabrın 10-u Ümumdünya İnsan Hüquqları günü elan edilib. O vaxtdan etibarən insan hüquqları hər hansı bir ölkənin daxili işi olmaqdan çıxdı və bəşəriyyətin mühüm problemlərindən birinə çevrildi. Universal olaraq hər bir ölkədə insan hüquq və azadlıqlarının qorunması, müdafiə olunması dövlətlərin əsas işi oldu. Sonrakı müddət ərzində də insan hüquq və azadlıqlarının qorunması həmin dövlətin xarakterini müəyyənləşdirdi. Hansı dövlətdə bu necə qorunur? Bu beynəlxalq konvensiyaya ayrı-ayrı dövlətlərə nə dərəcədə əməl edilir? Hər il mütəmadi olaraq bunun hesabatı aparılırdı”.

KAF sədri qeyd edir ki, Azərbaycan dövləti də 1992-ci il martin 2-də BMT-yə üzv olub və BMT tərəfindən qəbul edilən əksər konvensiyalara qoşulub. İnsan hüquqları bəyannaməsi, siyasi, mülki hüquqlarla bağlı Pakta qoşulub. Azərbaycan 1955-ci ildə qəbul edilmiş Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiya edib. Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin yudiksiyasına daxil oldu. “1995-ci ildən Azərbaycanda əsas məsələlərdən biri də dövlətin hüquq və azadlıqların qorunması və ləyaqətli həyat səviyyəsinin təmin edilməsidir. Bunu dövlətin əsas ali məqsədi elan edib. Eyni zamanda, 1992-ci il Konstitusiyasının bütün fəsli 48 maddə ancaq insan hüquq və azadlıqlarına həsr olunub. Yeri gəlmişkən, Azərbaycan Konstitusiyası birbaşa hüququ olan bir sənəddir. Başqa sözlə desək, orada göstərilən hüquq və azadlıqlar birbaşa Konstitusiya ilə müdafiə altına düşür. Onun pozulması yolverilməz hesab olunur. Azərbaycanda təkcə insan hüquq və azadlıqlarını müdafiə etmək yox, həm də onun vəziyyətinə nəzarət etməklə bağlı vacib institut təsisatları mövcuddur. Buna görə Ombdusman İnstitutu yaradıldı”.

Hüquqşünasın bidlirdiyinə görə, Azərbaycanda eyni zamanda, geniş vətəndaş cəmiyyəti qurumları, hüquq müdafiəçiləri sistemi var. Məhkəmələr tərəfindən bunun qorunması ən mühüm məsələlərdən biridir. Hər bir dövlət orqanının əsasnaməsində əsas məsələlərdən biri də insan hüquq və azadlıqlarının qorunması, hörmət edilməsidir. Bu baxımdan Ə.Nuriyev hesab edir ki, bütövlükdə Azərbaycan beynəlxalq konvernsyalardan irəli gələn öhdəlikləri likvidə etməklə yanaşı, həm də etibarlılığına bir təminat da verir. “İnsan hüquq və azadlıqlarının geri çəkilməsinə yalnız fövəladə hallar zamanı, müharibə vəziyyətində, səfərbərlik elan etdikdə yol verilir. Bu baxımdan da hesab edirəm ki, hazırki şəraitdə insan hüquqlarının etibarlı hüquqi bazası mövcuddur, və həm də müvafiq institute təsisatları da mövcuddur”.

Ə.Nuriyev bildirir ki, amma bu o demək deyil ki, Azərbaycanda bu sahədə probem yoxdur. Problemin əsas törədcisi məmur özbaşınalığı ilə bağlıdır. Bir sıra hallarda ayrı-ayrı məmurlar tərəfindən insanların hüquqları pozulur və pozulmalar barədə də tədbirlər görülür. Əsas məsələ ondan ibarətdir ki, ölkədə hüquq və azadlıqlar prioritet elan edilsin. Konstitusiyaya salınsın və eyni zamanda etibarlı müdafiə sistemi olsun. Təkcə ölkə daxili müdafiə sistemi deyil, həm də ölkədən xaricdə müdafiə sisteminin olması lazımdır: “Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin yuristiksiyasında əgər insan hüquqları ilə bağlı hər hansı bir təhdid varsa, hər bir vətəndaşımız müvafiq ölkədaxili müdafiə vasitələrindən istifadə edirsə və bunu yetərsiz bilirsə, Avropa İnsan Hüquqları Məhkəməsinə də müraciət edə bilər. Artıq bununla bağlı bir çox qərarlar da qəbul edilib. Hesab edirəm ki, Azərbaycanda bununla bağlı etibarlı infrastruktur var və bu da ona imkan verir ki, insan hüquq və azadlıqları daha təminatlı olsun. Lakin bununla belə, müəyyən problemlər də var. Həmin problemlərin həlli istiqamətində də addımlar atılır”.

Mission News Theme by Compete Themes.