Press "Enter" to skip to content

KKTC-də daha bir seçki ittifaqı

Son yeniləmə: 11 Dekabr 2021 11:50

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətində yanvarın 23-də növbədənkənar parlament seçkiləri keçiriləcək. Bütün partiyalar bu seçkilərə hazırlaşır.

Bu arada KKTC-də daha bir seçki ittifaqının yarandığı bəlli olub. Belə ki, Milliyyətçi Demokratiya Partiyası (MDP) və Demokrat Partiyası (DP) seçki ittifaqı yaratmaq barədə razılıq əldə edib.

Bu barədə yayılan məlumatda deyilir ki, razılaşmaya əsasən MDP üzvləri DP-nin siyahılarından namizəd göstəriləcək. Eyni zamanda hər iki partiya öz siyasi həyatını davam etdirəcək.

Razılaşmaya əsasən MDP sədri və baş katib millət vəkilliyinə namizəd olmayacaq.

Mission News Theme by Compete Themes.