Press "Enter" to skip to content

Prezidentin vacib səfəri və yenə də təxribatçılar iş başında

Prezident İlham Əliyev Brüsseldə

Son yeniləmə: 14 Dekabr 2021 00:01

Bayraqdar.info – Prezident İlham Əliyev dekabrın 13-də Belçikanın paytaxtı Brüsselə iş səfərinə gedib. Prezidentin Mətbuat xidmətinin bununla bağlı yaydığı xəbərdə deyilir ki, İ.Əliyev oraya Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramının VI Zirvəsində iştirak etmək üçün gedib.

“Avropada yaşayan azərbaycanlılar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi Brüsseldə qarşılamağa çıxıblar. Onlar əllərində fransız və ingilis dillərində “Cənab Prezident, xoş gəlmisiniz!”, “Avropa azərbaycanlıları Sizi salamlayır!”, “Azərbaycan ümumi dəyərlərə hörmət edir!” sözləri yazılmış plakatlar, eyni zamanda, Azərbaycanın və Avropa İttifaqının bayraqlarını tutublar”, – deyə xəbərdə bildirilir.

Avropadakı Azərbaycanlılar Prezidentin gəlişi münasibətilə Brüsseldə bir araya toplaşıblar

Maraqlıdır ki, “anti” qüvvələr də Prezidentin bu səfərini “diqqət”dən kənar qoymayıblar. Sosial mediada yayılan xəbərlərə görə, bir qrup şəxsin dekabrın 15-də Bakının mərkəzində qanunsuz aksiya keçirməyə çağırışları yayılıb. Bu isə o deməkdir ki, həmin şəxslər Azərbaycan Prezidentinin vacib görüşlərini yenə də sabotaj etmək yolu tutublar.

O da bəlli olub ki, Avropadakı Azərbaycanlılar böyük hesabla Prezidentin səfərindən məmnunluqlarını bu gündən izhar etsələr də müəyyən pozucu qüvvələr Brüsseldə də təxribat törətməyə hazırlaşır.

Əlavə edək ki, Daxili İşlər Nazirliyi ayın 15-də Bakıda keçirilməsinə cəhd ediləcək istənilən qanunsuz aksiyanın qarşısını alacağını artıq bəyan edib.

Belə bir vacib səfərlə paralel pozucu qüvvələrin həm Bakıda, həm də Avropada fəallaşması təsadüfdürmü? Təbii ki, deyil. Onlar yenə də anti-Azərbaycan mərkəzlərdən aldıqları tapşırıqlar əsasında Prezident İlham Əliyevin əlini zəiflətmək üçün edirlər bu hərəkətləri.

Qeyd edək ki, Prezident İ.Əliyev Şərq Tərəfdaşlığı Zirvəsində iştirakdan öncə – dekabrın 14-də Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək, iki ölkə arasındakı həlli vacib məsələləri müzakirə edəcək. Yəni bu məqamda hər bir azərbaycanlının Prezidentə dəstək olması lazımkən bəzi qüvvələrin ona qarşı həm Bakıda, həm də Avropada “etiraz” aksiyası keçirməsi düşündürücü deyilmi?..

Mission News Theme by Compete Themes.