Press "Enter" to skip to content

19 hərbi hissə və 104 sərhəd – döyüş məntəqəsi

Xidməti döyüş-sərhəd məntəqəsi

Son yeniləmə: 14 Dekabr 2021 16:34

Bayraqdar.info – Dekabrın 14-də Dövlət Sərhəd Xidmətinin (DSX) Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başlayıb.

DSX Mətbuat mərkəzindən bayraqdar.info-ya bildirilib ki, bununla əlaqədar təşkil olunan mərasimdə Xidmət rəisinin müavini general-leytenant İlham Mehdiyev yeni hərbi hissənin fəaliyyətə başlaması münasibətilə DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb. Çıxışda cari il ərzində 19 yeni hərbi hissənin və 104 sərhəd-döyüş məntəqəsinin fəaliyyətə başlaması qeyd olunub.

Dövlət Sərhəd Xidməti

“Yeni hərbi hissənin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları sərhəd komendantlığında yaradılmış şəraitlə tanış olub. Burada şəxsi heyət üçün iş otaqları, zabit-gizir və əsgər yataqxanaları, yeməkxana, hamam-camaşırxana-qazanxana kompleksi, silah və təminat anbarları var. Hərbi hissənin elektrik enerjisi ilə təmin edilməsi üçün elektrik generatorları quraşdırılıb, su xətti çəkilib. Ərazidə sıra meydanı yaradılıb, abadlıq işləri həyata keçirilib, ağaclar əkilib.

“Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənən hərbi qulluqçular təltif olunublar”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.