Press "Enter" to skip to content

Emin Əmrullayevə yeni vəzifə

Emin Əmrullayevə yeni vəzifə

Son yeniləmə: 14 Dekabr 2021 15:56

Bayraqdar.info – Dekabrın 14-də Azərbaycan Basketbol Federasiyasının hesabat-seçki konfransı keçirilib.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıb.

Sonra Federasiyanın prezidenti Nadir Nəsibov son illərdəki fəaliyyətləri barədə məlumat verib və yeni seçiləcək heyətə uğurlar arzulayıb. Daha sonra Federasiya rəhbərliyinə yeni seçki keçirilib. Təhsil naziri Emin Əmrullayev Federasiyanın yeni prezidenti seçilib.

Konfransda, həmçinin Simuzər Feyzullayeva, Vilayət Vəliyev, Bəxtiyar Aslanbəyli və Elnur Əliyev Azərbaycan Basketbol Federasiyası Rəyasət Heyətinə üzv seçiliblər.

Tədbirin sonunda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək federasiyanın yeni rəhbərliyinə uğurlar arzulayıb.

Mission News Theme by Compete Themes.