Press "Enter" to skip to content

Siyasi ekspertdən maraqlı fikirlər – VİDEO

Yeganə Hacıyeva

Bayraqdar.info – Qonşu Gürcüstan uzun illərdir Ermənistan-Azərbaycan münaqişəsi üzərindən Güney Qafqazda öz mövqelərini xeyli möhkəmləndirib. Həm də təkcə burada deyil, dünyada da möhkəmləndirib.

Regionun üç ölkəsindən ikisi arasında münaqişənin mövcudluğu Qərbin ümumilikdə Güney Qafqazla, regionun üç ölkəsinin cəmiyyətləri ilə bağlı bir çox layihələrində Gürcüstanda koordinasiya edilib, Gürcüstanın önə çıxmasına səbəb olub.

Bu proses 20 ilə yaxın müddətdə davam edib. Münaqişənin başa çatmasından sonra isə Gürcüstan Güney Qafqazdakı bu cür mövqelərini itirib. Amma Gürcüstan bununla barışmaq istəmir.

Bu fikirlər politoloq Yeganə Hacıyevaya məxsusdur. O, dekabrın 13-də Az.TV-nin “Əsas məsələ” verilişində ekspert kimi iştirakı zamanı bunları dilə gətirib.

Ekspert Y.Hacıyeva dekabrın 14-də Real TV-nin qonağı olarkən maraqlı fikirlər səsləndirib.

“Ermənistan tərəfinin hansı mesajı necə səsləndirməsindən asılı olmayaraq kommunikasiyalarla bağlı proses üçtərəfli razılaşmadan irəli gələn yol xəritəsi üzrə getməlidir və bu kommunikasiyalar açılacaq.

“Nikol Paşinyan hakimiyyəti üçtərəfli razılaşmanın bəndlərini yerinə yetirməlidir. Bu, Prezident İlham Əliyevin də dediyi kimi qismən zaman ala bilər. Amma razılaşmanın yerinə yetirilməməsi çox pis nəticələrə səbəb ola bilər.

“Fikrimcə, Ermənistan tərəfinin bu prosesdən imtina etməsilə bağlı ssenari ağlabatan deyil və Ermənistanın bunu həyata keçirəcək resursu yoxdur”.

Mission News Theme by Compete Themes.