Press "Enter" to skip to content

“Zəfər Günü” futzal yarışları

Futzal yarışları

Son yeniləmə: 14 Dekabr 2021 15:46

Bayraqdar.info – “Zəfər Günü”nə həsr edilmiş futzal yarışlarının play-off mərhələsi yekunlaşıb. Play-off mərhələsində 16 ali və orta ixtisas təhsili müəssisəsinin komandası mübarizə aparıb.

Məlumat bayraqdar.info-ya dekabrın 14-də Təhsil Nazirliyindən verilib.

Məlumatda bildirilir ki, oyunların nəticələrinə əsasən, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti, Gəncə Dövlət Universiteti və Ağdam Dövlət Sosial-İqtisad Kolleci 1/4 mərhələyə vəsiqə qazanıb. Yarışlara dekabrın 24-də yekun vurulacaq.

Nazirlikdən o da qeyd edilib ki, futzal yarışları Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.

Mission News Theme by Compete Themes.