Press "Enter" to skip to content

Bu ilin on bir ayında sosial sığorta daxilolmaları artıb

Son yeniləmə: 15 Dekabr 2021 18:01

Bayraqdar.info – Ölkəmizdə aparılan sosial-iqtisadi islahatların müsbət nəticələri sosial sığorta daxilolmalarında da artım dinamikasının davam etməsinə şərait yaradıb.

Bu barədə bayraqdar.info-ya dekabrın 15-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2021-ci ilin yanvar-noyabr aylarında ƏƏSMN-in tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığortası üzrə daxilolmalarda ötən ilin eyni dövrünə nisbətən 303,4 milyon manat və ya 9,7 faiz artım qeydə alınıb.

Daxilolmalarda artım büdcə təşkilatları üzrə 2,7 faiz, qeyri-büdcə təşkilatları üzrə 11,5 faiz təşkil edib.
O da qeyd edilib ki, məcburi dövlət sosial sığorta sistemində iştirak etmək işçinin əmək və sosial hüquqlarına, onun və ailə üzvlərinin gələcək sosial müdafiəsinə təminat yaradır.

Mission News Theme by Compete Themes.