Press "Enter" to skip to content

Mübariz Qurbanlı XVII Beynəlxalq Müsəlman Forumunda iştirak edib

Mübariz Qurbanlı

Son yeniləmə: 15 Dekabr 2021 19:41

Bayraqdar.info – Dekabrın 15-də “Ekoloji təbliğatdan ekoloji düşüncəyədək: danışıq üslubunun optimal yolunun axtarışı” mövzusuna həsr olunmuş XVII Beynəlxalq Müsəlman Forumu keçirilib. Forum Rusiya Müsəlmanları Ruhani İdarəsi və Beynəlxalq Müsəlman Forumunun Katibliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Komitədən bayraqdar.info-ya bildirilb ki, Forum Rusiya Müftilər Şurasının sədri, müfti Şeyx Ravil Qaynutdinin açılış nitqi ilə başlayıb. Onlayn Forumda Türkiyə Diyanət İşləri İdarəsinin sədri Əli Ərbaş, Dinlərarası Dialoq üzrə Pontifik Şurasının prezidenti, kardinal Migel Ayuso (Vatikan), Misir, Özbəkistan, Qazaxıstan, Tacikistan, habelə digər dövlətlərin baş müftiləri, ABŞ, Böyük Britaniya və digər ölkələri təmsil edən nümayəndələr, din xadimləri çıxış ediblər.

“Beynəlxalq Forumda Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da çıxış edib. O, ölkədə genişmiqyaslı ekoloji tərbiyə və maarifləndirmə tədbirlərinin keçirildiyini qeyd edib. DQİDK sədri qlobal xarakter daşıyan ətraf mühitin qorunması məsələsinin həlli üçün din xadimlərinin üzərinə düşən vəzifələrdən danışıb. Onların ətraf mühitin qorunması istiqamətində həyata keçirilən layihələrdə fəal iştirakına diqqət çəkib. O, Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən hazırlanan nəşrlər, videoçarxlar barədə məlumat verib.

“Dünyanın müvafiq təşkilatlarından olan nümayəndələrin məruzələrinin maraqla qarşılandığı Forum işini müzakirələrlə yekunlaşdırıb”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.