Press "Enter" to skip to content

Tbilisidə Rəşid Behbudovun xatirə konserti

Tbilisidə R.Behbudova həsr edilmiş konsert

Son yeniləmə: 15 Dekabr 2021 20:00

Bayraqdar.info – Dekabrın14-də V.Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasında SSRİ Xalq artisti, Gürcüstanın əməkdar incəsənət xadimi, Dövlət mükafatları laureatı Rəşid Behbudovun xatirəsinə həsr olunmuş konsert keçirilib.

Xəbər bayraqdar.info-ya dekabrın 15-də “Gənclərə dəstək” layihəsindən daxil olub.

Tədbir Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyi, Azərbaycanın Gürcüstandakı səfirliyi, SOCAR şirkətinin dəstəyi ilə təşkil olunub.

Qonaqlar öncə konsert zalının foyesində R.Behbudovun fotoşəkillərindən ibarət sərgiyə baxış keçiriblər.

Tbilisi Dövlət Konservatoriyasında keçirilən xatirə konsertində Gürcü və Azərbaycanlı solistlər R.Behbudovun repertuarından populyar mahnılar ifa ediblər.

Tbilisidə R.Behbudova həsr edilmiş konsert

Konsertdə Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin gənc musiqiçiləri, Respublika və beynəlxalq müsabiqələr laureatları çıxış ediblər: Natəvan Həsənova (qanun), Zümrüd Əlizadə (piano), Həzrət Əzizli (xanəndə), Surə Rüfət (violin), Teymur Kazımov (vokal), Hüseyn Əliyev (vokal), Ərtoğrul Balayev (piano), Nərgiz Əliyeva (Azərbaycan Respublikasının Əməkdar artisti, konsertmeyster), Dilarə Kərimova (konsertmeyster).

Daha sonra böyük müğənni ilə tanışlığı olmuş Gürcüstanın tanınmış mədəniyyət və ictimai xadimləri çıxış edərək onunla bağlı xatirələrini bölüşüblər.

Tbilisidə R.Behbudova həsr edilmiş konsert

Xatirə konsertində gürcü müğənnilər – İamze Urumaşvili və Tedo Qoridze R.Behbudovun repertaurundan populyar mahnılar ifa ediblər. Azərbaycan dilində səslənən “Sənsiz” romansı, “Ey Vətən”, “Əziz dost”, “Nazəndə sevgilim” mahnıları böyük rəğbət və alqışlarla qarşılanıb.

Xəbərdə o da qeyd edilib ki, “Gənclərə dəstək” layihəsinin 5 illik yubileyinə həsr olumuş digər konsert isə dekabrın 15-də M.F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində baş tutacaq. Layihənin rəhbəri Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, koordinatoru Ayla Kərimova-Zəkəriyyədir.

Mission News Theme by Compete Themes.