Press "Enter" to skip to content

Türkiyə Ermənistanla münasibətləri tənzimləyir

Serdar Kılıç

Son yeniləmə: 15 Dekabr 2021 23:09

Bayraqdar.info – Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu bir neçə gün öncə bəyan etmişdi ki, ölkəsi Ermənistanla münasibətləri tənzimləmək üçün nümayəndə təyin etməyə hazırlaşır. Artıq dekabrın 15-də bununla bağlı qərar qəbul edilib. Türkiyə ölkənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıçı Ermənistanla münasibətləri tənzimləmək üçün müzakirəçi təyin edib.

Bununla bərabər Ermənistan da Türkiyənin təşəbbüsünə müsbət cavab verdiyini açıqlayıb. Ermənistan Xarici İşlər Nazirliyinin rəsmisi sosial media üzərindən açıqlama yayaraq bəyan edib ki, ölkəsi Türkiyənin təşəbbüsünü müsbət qarşılayır və müzakirəçi təyin etməyə hazırdır.

Belə anlaşılır ki, Türkiyə ilə Ermənistan arasındakı buzlar yaxın vaxtlarda əriməyə başlayacaq və 1993-cü ildən bağlanmış sərhədlər də açılacaq. Bu isə ondan xəbər verir ki, Ermənistan Azərbaycanla münasibətlərin normallaşmasını sürətləndirməyə hazırdır. Çünki belə olmasaydı Türkiyə müzakirəçi təyin etməzdi. Bu ölkənin rəsmiləri həmişə birmənalı olaraq bəyan ediblər ki, Azərbaycanın istəyi olmadan Ermənistanla münasibətlərin normallaşmasından söhbət gedə bilməz. Azərbaycan isə həmişə bəyan edib ki, Ermənistanın istəyəcəyi təqdirdə münasibətlərin normallaşmasında heç bir problem yoxdur. Təbii ki, qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması, sülh müqaviləsinin imzalanması da qaçılmazdır.

Türkiyənin müzakirəçi təyin etməsi artıq ondan xəbər verir ki, Ermənistan ərazi bütövlüyünün tanınması və sülh müqaviləsinə hazırdır…

Əlavə edək ki, S.Kılıç ölkəsinin Yaponiya və Livanda da səfiri olub.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.