Press "Enter" to skip to content

Voleybol birinciliyi başa çatıb

Voleybol yarışı

Son yeniləmə: 15 Dekabr 2021 19:30

Bayraqdar.info – Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbin idman zalında idman klublarının qız komandaları arasında keçirilən voleybol birinciliyinə yekun vurulub.

Azərbaycan Voleybol Federasiyasından bayraqdat.info-ya verilən xəbərdə bidirilir ki, “Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkil etdiyi birincilikdə 10 komanda mübarizə aparıb. Beynəlxalq Voleybol Federasiyasının mövcud qaydalarına əsasən keçirilən birinciliyin yekununa əsasən “Qarabağ” finalda “Mübariz” komandasını məğlub etməklə, qalib adını qazanıb. “Zirvə” komandası birinciliyi üçüncü yerdə başa vurub.

Sonda yer tutan komandalara təşkilatçıların diplomları təqdim edilib.

Mission News Theme by Compete Themes.