Press "Enter" to skip to content

ASCO-da gəmilərin tullantılarını təhvil verib

Gəmilərin tullantıları təhvil verilib

Son yeniləmə: 17 Dekabr 2021 21:13

Bayraqdar.info – “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini daim diqqətdə saxlayır. Əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün zəruri qabaqlayıcı tədbirlər görülür.

ASCO-dan bayraqdar.info-ya bu barədə bildirilib. Xəbərə görə, 2021-ci ilin yanvar-sentyabr aylarında ASCO gəmilərindən 43 min762 m³ plastmas, 450 min 516 m³ qida qalığı, 364 min 314 m³ məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s) və çirkab su müəyyən qurumlara təhvil verilib. Təcrübəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlar həmin suları Azərbaycan ərazilərindən kənarlaşdırıblar.

“ASCO-nun sahil obyektləri üzrə 100 min 2 m³ çən dibində formalaşmış neftli şlam, 7 min 98 ton yanmış qəlib qumu, 983 min 5 ton abraziv (gəmi gövdəsindən çıxan pas-boya-çınqıl-qum qarışığı), 52 min 416 ton məişət çirkab suyu, 736 ton neftli döşəməaltı-lyal su, 151 min 547 ton sürtgü yağı, 27 min 19 m³ məişət tullantısı və s. da təhvil verilib.

“Bundan başqa, qeyd edilən dövrdə Dənizkənarı Milli Park və Cəmiyyətin sahil fəaliyyət akvatoriyaları səthindən 67 min 78 m³ müxtəlif ölçülü əşya yığılıb təhvil verilib”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.