Press "Enter" to skip to content

“AzərEnerji”də qanvermə aksiyası keçirilib

"Azərenerji" ASC-də qanvermə aksiyası

Son yeniləmə: 17 Dekabr 2021 20:20

Bayraqdar.info – Dekabrın 17-də “AzərEnerji” ASC-nin təşkilatçılığı ilə könüllü qanvermə aksiyası keçirilib. Aksiya talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlara Milli Hematologiya və Transfuziologiya Mərkəzinin təşəbbüsü ilə baş tutub.

ASC-dən bayraqdar.info-ya bildirilib ki, aksiya “Azərenerji”nin Baş İdarəetmə, Elm, Tədris və Laboratoriya Kompleksinin binasında keçirilib. Qanvermə aksiyasında səhmdar cəmiyyətin 130 nəfərdən artıq əməkdaşı xəstə uşaqların sağlamlığı, onların qanla təmin olunması üçün xoşməramlı və xeyirxah missiyada könüllü iştirak ediblər.

“Qanvermə aksiyası karantin rejiminin tələblərinə uyğun olaraq, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla xüsusi qrafiklə həyata keçirilib.

“Qeyd edək ki, 2005-ci ilin fevral ayında Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva insanların həyatlarını xilasetmə yönündə nəcib təşəbbüslə “Talassemiyasız həyat naminə” proqram layihəsinin başlanmasını elan edib. Həmin gündən “Azərenerji” də bu layihənin ən fəal davamçılarından birinə çevrilib”, – deyə “Azərenerji”-dən bildirilib.

Mission News Theme by Compete Themes.