Press "Enter" to skip to content

İstanbul Kent Universitetinin rektoru Təhsil Nazirliyində

İstanbul Kent Universitetinin rəhbəri ilə görüş

Son yeniləmə: 17 Dekabr 2021 19:40

Bayraqdar.info – Dekabrın 17-də təhsil nazirinin müavini Firudin Qurbanov İstanbul Kent Universitetinin rektoru Necmeddin Atsü ilə görüşüb.

Təhsil Nazirliyindən bayraqdar.info-ya bildirildiyinə görə, görüşdə nazir müavini Firudin Qurbanov Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi təhsil sahəsində də əlaqələrin daim inkişaf etdiyini vurğulayıb.

Bildirilir ki, İstanbul Kent Universitetinin rektoru Necmeddin Atsü öz növbəsində rəhbəri olduğu universitet haqqında geniş məlumat verib.

Görüşdə 44 günlük Vətən müharibəsi şəhidlərinin övladlarının gələcək inkişafı üçün təhsil sahəsində müvafiq dəstəyin göstərilməsinə dair fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.