Press "Enter" to skip to content

Voleybol üzrə Azərbaycan çempionatı başlayır

Voleybol çempionatı

Bayraqdar.info – Dekabrın 17-də qadın və kişi voleybolçular arasında ölkə çempionatlarının açılış mərasimi keçirilib.

Bu barədə bayraqdar.info-ya xəbər Azərbaycan Voleybol Federasiyasından verilib.

“Murov” idman klubunda təşkil olunan mərasimdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Federasiya prezidenti Cavid Qurbanov ölkədə və dünyada tüğyan edən koronavirus pandemiyasının bütün sahələrə, o cümlədən idmana, eləcə də voleybola təsirsiz ötüşmədiyini bildirib. Qeyd edib ki, bu səbəbdən voleybol üzrə sonuncu ölkə çempionatı da yarımçıq dayandırılıb.

“Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbədən söhbət açan C.Qurbanov bildirib: “Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu böyük Qələbəyə imza ataraq tarixi torpaqlarını işğaldan azad edib. Torpaqların azadlığı uğrunda şəhid olan Vətən övladlarının xatirəsi xalqın yaddaşında əbədi yaşayacaq”.

“O, otuz ilə yaxın müddətdə ata-baba yurdunun həsrətini çəkən xalqın bu şanlı Zəfər sayəsində artıq doğma torpaqlarına qovuşduqlarını bildirib. Federasiya prezidenti yaxın gələcəkdə voleybolun inkişafı istiqamətində bir sıra işlərin görüləcəyini vurğulayıb.

“Azərbaycan Voleybol Federasiyasının birinci vitse-prezidenti Faiq Qarayev çıxışında son illərdə ölkədə voleybolun inkişaf etdiyini bildirib. O qeyd edib ki, gələcəkdə regionlardan gənc və perspektivli voleybolçuların, eləcə də əcnəbi idmançıların oyunçuların cəlb olunması planlaşdırılır.

“Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra çempionat açıq elan olunub”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.