Press "Enter" to skip to content

“Azercell”dən bol hədiyyəli yubiley ayı

Son yeniləmə: 18 Dekabr 2021 13:06

25 ilini qeyd edən mobil operator abunəçilərinə təşəkkür edir

Bayraqdar.info – Dekabrın 15-də fəaliyyətinin 25-ci ilini tamamlayan “Azercell Telekom” MMC bu illər ərzində abunəçilərini daim keyfiyyətli rabitə, sürətli internet və texnoloji yeniliklərlə təmin etmək üçün çalışıb. Əsrin dörddə birini geridə qoyan mobil operator bu əlamətdar tarixi 5 milyon abunəçisi ilə birlikdə qeyd edir.

Bu barədə bayraqdar.info-ya verilən məlumata görə, “Azercell” komandası bu illər ərzində onu seçən və ona güvənən bütün abunəçilərinə təşəkkür edir və minnətdarlığının ifadəsi olaraq bol hədiyyəli yubiley ayını elan edir.

15 dekabr-15 yanvar tarixlərini əhatə edəcək kampaniya zamanı “Azercell”in rəsmi sosial şəbəkə səhifələrində əyləncəli və sürpriz dolu müsabiqələr keçiriləcək. Müsabiqələrin keçirilməsi və şərtləri barədə istifadəçilər sosial səhifə və digər kommunikasiya kanalları vasitəsilə əvvəlcədən məlumatlandırılacaq.

Yubiley aylığında milyonlarla abunəçi əyləncəli vaxt keçirməklə yanaşı, həm də “Azercell”dən dəyərli hədiyyələr qazanacaqlar.

Ölkədə ilk dəfə GSM texnologiyasını, 4G texnologiyasını tətbiq edən, 5G texnologiyasının pilot şəbəkəsini test edən, 24/7 rejimdə çalışan Çağrı Mərkəzi quran və bu kimi bir çox ilklərə imza atan Azercell 25 illik fəaliyyəti ərzində ölkənin mobil rabitə bazarında lider mövqeyini möhkəmləndirib. Müqəddəs Vətən müharibəsi nəticəsində işğaldan azad edilən torpaqlarda ilk stansiya quran, həmin ərazilərdən ilk bağlantı yaradan da məhz “Azercell” olub. Şəbəkəsini bütün ölkə ərazisində genişləndirməkdə olan “Azercell” indi “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!”məqsədi və “Sənə yaxın gələcək” şüarı ilə tamamilə fərqli bir rəqəmsal eraya qədəm qoyur. Yeni kommunikasiya konsepsiyası bir azərbaycanlı ailənin gündəlik həyat hekayələri əsasında hazırlanaraq, müasir rəqəmsal və kommunikasiya həllərinin müştərilərə daha əlçatan və daha yaxın olduğunu göstərir. Məhz innovativ rəqəmsal həllər insanların həyat keyfiyyətini yaxşılaşdırmağa, təhlükəsizliyi artırmağa daha da böyük töhfə verəcək.

“Azercell”in hədiyyə dolu yubiley ayına qatılmaq və dəyərli hədiyyələr qazanmaq üçün hər kəsi şirkətin sosial media hesablarını izləməyə dəvət edirik:

Facebook:  https://www.facebook.com/azercell

Instagram: https://www.instagram.com/azercell/

LinkedIn: https://www.linkedin.com/company/azercell/

TikTok: https://www.tiktok.com/@azercell_official

Twitter: https://twitter.com/Azercell

YouTube: https://www.youtube.com/AzercellAds

Azercell-“Sənə yaxın gələcək”!

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi “Azercell”i seçir. Bazar payı 49 faiz, ölkə ərazisi üzrə əhatə dairəsi: 94,25 faiz, ölkə əhalisi üzrə əhatə dairəsi: 98,73 faiz təşkil edir. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. “Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir.

Mission News Theme by Compete Themes.