Press "Enter" to skip to content

Mühəndis qoşunlarının fəaliyyəti – VİDEO

Minalardan təmizlənmə

Son yeniləmə: 19 Dekabr 2021 13:56

Bayraqdar.info – Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Türkiyənin hərbi istehkamçıları ilə birgə azad olunmuş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərini davam etdirir.

Bu barədə bayraqdar.info-ya dekabrın 19-da Müdafiə Nazirliyindən məlumat verilib.

Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan və qar örtüyündən təmizlənir, həmçinin dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yolları çəkilir.

“Azad olunmuş ərazilərdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində dekabrın 10-dan 19-dək 53 ədəd piyada və tank əleyhinə minanın aşkar olunaraq zərərsizləşdirilməsi ilə 92 hektara qədər ərazi təmizlənib.

“Ümumilikdə azad olunmuş ərazilərdə bu günədək mühəndis qoşunları tərəfindən 17 min 255 mina və partlamamış döyüş sursatı aşkar olunaraq məhv edilib. 13 min 365 ha ərazi minalardan təmizlənib, digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə 635 km yol çəkilib.

“Yaşayış məntəqələrinin əkin üçün yararlı olan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamında olan “MEMATT” (Mexaniki Mina Təmizləmə Təchizatı) texnikası da cəlb edilib. Azad olunmuş  ərazilərdə mühəndis təminatı üzrə tədbirlər davam etdirilir”, – deyə məlumat verilib.

Mission News Theme by Compete Themes.