Press "Enter" to skip to content

Bakıda vətəndaşlara ağac tingləri pylanıb

Ting paylama aksiyası

Son yeniləmə: 21 Dekabr 2021 16:21

Bayraqdar.info – Bakıda çox maraqlı bir aksiya keçirlib. “Bir ağac-min nəfəs” devizi altında keçirilən aksiyada vətəndaşlara ağac tingləri paylanıb. Bu dəfəki aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyinin birgə təşkilatçılığı ilə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin qarşısında keçirilib.

Nazirlikdən bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə keçirilən tədbirdə könüllülər vətəndaşlara Nazirliyin tinglik sahələrində yetişdirilən ağac tingləri hədiyyə ediblər. Onlara ağacların əkilməsi və qulluq göstərilməsi qaydalarına dair məlumatlar da verilib. Ekoloqlar hər kəsi təbiətə fayda verəcək bu aksiyalarda fəal iştirak etməyə, ağac əkməyə və qorumağa çağırır.

Mission News Theme by Compete Themes.