Press "Enter" to skip to content

Dövlət Əmək Müfəttişliyi Xidmətindən müraciət

Son yeniləmə: 21 Dekabr 2021 18:50

Bayraqdar.info – İşçilərin minimum əmək haqqı 2022-ci il yanvarın 1-dən 300 manatdan az ola bilməz.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən bayraqdar.info-ya dekabrın 21-də verilən məlumatda belə deyilir.

Qeyd edilir ki, Prezident İlhamƏliyevin17 dekabr 2021-ci il tarixli Sərəncamına əsasən 2022-ci ilyanvarın 1-dən minimum əmək haqqının 300 manata çatdırılması ilə əlaqədar Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edir: “Xidmət işəgötürənlərin nəzərinə çatdırır ki, 2022-ci il yanvarın 1-ə qədər minimum əmək haqqından aşağı əmək haqqı qeyd edilmiş əmək müqavilələrinə qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişiklik edilməsi və bununla bağlı müvafiq əmək müqaviləsi bildirişinin “Əmək müqaviləsi bildirişi” alt sisteminə daxil edilməsi təmin edilməlidir. İş yerlərində əmək haqqının minimum məbləği yanvarın 1-dən 300 manatdan az ola bilməz.

Nazirliyin “Əmək müqaviləsi bildirişi” alt sistemi vasitəsilə bu sahədə vəziyyətə daimi nəzarət olunur. Bağlanmış əmək müqavilələri, eləcə də müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bütün məlumatlar həmin alt sistemdə əhatəolunub. Bu alt system iş yerlərində bağlanmış əmək müqavilələri üzrə müəyyən edilmiş bütün əmək haqları üzrə məlumatları real vaxt rejimində izləməyə imkanverir. Minimum əmək haqqının artırılması ilə əlaqədar 19 pillədən ibarət Vahid Tarif Cədvəli üzrə əmək haqları ödənilən işçilərin əmək haqlarında da işəgötürənlərtərəfindən müvafiq artımlar edilməli, bununla bağlı müvafiq tədbirlər görülməlidir.

İnzibati XətalarMəcəlləsinin 192.3-cü maddəsində işçiyə minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı verilməsinəgörə – vəzifəli şəxslərin min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı verilməsi aşkar edildikdə, həminMəcəllənin127-4.1-ci maddəsinə uyğun olaraq inzibati xətanı törətmiş şəxsin iştirakıolmadan real vaxt rejimində inzibati xəta haqqında iş üzrə icraata başlanılacaq”.

Mission News Theme by Compete Themes.