Son yeniləmə: 21 Dekabr 2021 14:48
Bayraqdar.info – “Azərbaycanda hazırda məktəb direktoru vəzifəsi üzrə 500 vakant yer var”.
Bu sözləri təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə bağlı təşkil olunan brifinqdə deyib.
Nazir bildirib ki, son illərdə 3 min 500 məktəbin infrastrukturu yenilənib. Məktəblərin bəziləri yenidən tikilib, bəzilərində isə təmir-bərpa işləri aparılıb. Biz məktəb direktoru vəzifəsinə daha uğurlu seçim etmək istəyirik. Ona görə də son illərdə çalışırıq ki, məktəb direktorlarını işə müsabiqə yolu ilə qəbul edək.