Press "Enter" to skip to content

Azərbaycan Milli Avarçəkmə Federasiyasına yeni prezident

Azərbaycan Avarçəkmə Federasiyası

Son yeniləmə: 22 Dekabr 2021 18:03

Bayraqdar.info – Dekabrın 22-də Azərbaycan Avarçəkmə Federasiyasının ümumi yığıncağı keçirilib.

Gənclər və İdman Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, Nazirliyin inzibati binasında keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq, yığıncağın işinə uğurlar arzulayıb.

“Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalov hesabat məruzəsi ilə çıxış edərək son illərdəki fəaliyyət barədə məlumat verib.

“Sonra Federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov səsvermə nəticəsində Azərbaycan Milli Avarçəkmə Federasiyasının yeni prezidenti seçilib.

“Yığıncaqda, həmçinin Kamil Hüseynov və Fərid Əmirov vitse-prezident, Leyla Əliyeva və Rəhman Xanlarov isə idarə heyətinə üzv seçiliblər.

“Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək federasiyanın yeni rəhbərliyinə uğurlar arzulayıb.

“Azərbaycan Milli Avarçəkmə Federasiyasının yeni prezidenti Vüqar Əhmədov çıxış edərək, göstərilən etimada görə təşəkkürünü bildirib. V.Əhmədov qeyd edib ki, idman həm ölkənin nüfuzunun yüksəldilməsində, həm də insanların sağlamlığının təmin olunmasında xüsusi rol oynayır. Federasiya prezidenti Azərbaycanda avarçəkmə idmanının inkişaf etdirilməsi üçün səylə çalışacaqlarını bildirib.

Mission News Theme by Compete Themes.