Press "Enter" to skip to content

Fars-molla rejiminin deputatlarından İrəvanda türk düşmənliyi

İranlı deputatlar qondarma erməni soyqırımı abidəsində

Son yeniləmə: 22 Dekabr 2021 19:01

Bayraqdar.info – İran parlamentinin üzvləri İrəvanda qondarma erməni soyqırımı abidəsini ziyarət edib.

İran İslam Şurası Məclisinin üzvləri dekabrın 21-də Ermənistan-İran parlamentlərarası dostluq qrupunun rəhbəri Gevork Papoyan, qrupun üzvləri Narek Babayan və Şirak Torosyanın müşayiəti ilə İrəvanda qondarma erməni soyqırımı memorial kompleksini ziyarət edib.

“Azad İran” Telegram kanalının xəbərinə görə, nümayəndə heyətinin üzvləri qondarma soyqırım abidəsinə gül dəstələri düzüb, “soyqırım qurbanları”nın xatirəsini sükutla yad ediblər.

İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Əlaqələr Komissiyasının üzvü Mahmud Əhmədi Biqəş deyib ki, bu, onun Ermənistana ilk səfəridir.

“Əlbəttə, mən keçən əsrin soyqırımından xəbərdar idim, lakin bu səfərdə məlumatlarım daha da artdı. İnsanlığın nəinki özünü bu cür aparması, hətta daha da pisi, etdiklərini tanımaması, o qədər vəhşi ola bilməsi məni xüsusilə kədərləndirdi”, – deyə iranlı millət vəkili riyakarlıqla bildirib.

Xatırladaq ki, Ermənistan liderləri qondarma soyqırımı iddiasından öz siyasi məqsədləri üçün istifadə edir. Ötən illər ərzində erməni mediasının dövlət rəsmiləri səviyyəsində qondarma soyqırımı məsələsini gündəmə gətirməsinə Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan rəsmi Ankaranın o dövrə aid bütün arxivlərini Ermənistanla qarşılıqlı şəkildə sonuna kimi açmağa hazır olduğunu deyib. Lakin öz yalanlarına özlərindən, bir də fars dostlarından başqa kimsə inanmayan erməni hökuməti və lobbisi bu addımdan qorxaraq geri çəkilib. Əgər hər hansı bir soyqırımından söz açmaq lazımdırsa, 1915-ci ildən yox, elə 1992-ci il fevral ayının 26-da erməni terrorçularının tarixi Azərbaycan torpağı Xocalıda törətdikləri həqiqi və real soyqırımından danışsınlar.

Mission News Theme by Compete Themes.